Ronaldo 3 oyundur ki, heç nə ilə yadda qalmır
14.03.2023 - 21:33

Kriştianu Ronaldo Səudiyyə Ərəbistanında ardıcıl 3 oyundur ki, qol vura bilmir.
Apasport.az xəbər verir ki, 38 yaşlı forvard Səudiyyə Ərəbistanı Kubokunun 1/4 final mərhələsinin “Əl-Nəsr” – “Abha” (3:1) oyununda 87 dəqiqə meydanda olub və fərqlənə bilməyib. O, ilk hissə başa çatdıqdan sonra hakimə etiraz etdiyi üçün sarı vərəqə alıb.
Bundan əvvəl portuqaliyalı 2 çempionat oyununda – "Əl-Batin" (3:1) və "Əl-İttihad" ilə (0:1) qarşılaşmada effektli hərəkətləri ilə yadda qalmamışdı.
Ümumilikdə Kriştianu Ronaldo Ər-Riyad klubunda 9 oyun keçirib, 8 qol vurub və 2 məhsuldar ötürmə verib.
0
0