Ronaldo fərqləndi, “Əl-Nəsr” finalda
09.08.2023 - 22:37

“Əl-Nəsr” Ərəb Çempionları kubokunda finala yüksəlib.
Apasport.az-ın məlumatına görə, komanda yarımfinalda “Əl-Şorta”nı məğlub edib.
Oyunda vurulan yeganə qolun müəllifi Kriştiano Ronaldo olub. Portuqaliyalı ulduz 75-ci dəqiqədə penaltidən fərqlənib.
Qeyd edək ki, “Əl-Nəsr” turnirin finalında “Əl-Hilal” – “Əl-Şabab” matçının qalibi ilə qarşılaşacaq.
0
0