Ronaldo ilə Messinin fərqi
14.10.2023 - 18:01

Kriştiano Ronaldo AVRO-2024-ün Slovakiya ilə seçmə oyununda Portuqaliya millisinin iki qoluna imza atıb.
Apasport.az xəbər verir ki, ulduz hücumçu karyerasında 153-cü dəfə dubl müəllifi olub.
38 yaşlı portuqaliyalı bu göstəricidə əsas rəqibi Lionel Messidən geri qalır. Argentinalı 156 matçda dubl edib.
Lakin 2 və ya daha çox qolun vurulduğu oyun sayında Ronaldo öndədir. O, 216-ci dəfə belə məhsuldarlıq göstərib. 36 yaşlı cənubi amerikalı 213 belə qarşılaşma keçirib.
Qeyd edək ki, Portuqaliya Slovakiyaya 3:2 hesabı ilə qalib gəlib.
0
0