Sabiq vitse-prezident idmançını güllələdi
26.08.2022 - 11:29

“Anji”nin keçmiş vitse-prezidenti Mahi İdrisov Qroznıda idmançı Nadir Həbibovu güllələyib.
Apasport.az saytının məlumatına görə, İdrisov 5-6 il əvvəl münaqişə yaşadığı Həbibovla Qroznı küçəsində rastlaşıb.
İdmançının sözlərinə görə, “Anji”nin vitse-prezidenti ondan əvvəlcə uzaqlaşmasını, ardından isə tapançasını çıxararaq üzr istəməsini istəyib və ayaqlarına atəş açıb.
Qeyd edək ki, Mahi İdrisov 2019-cu ildə neft alverində dələduzluqda şübhəli bilinərək saxlanılıb. O, ev dustaqlığına göndərilib, oradan Çeçenistana qaçıb və federal axtarışa verilib.
0
0