Salah “Liverpul" tarixinə düşüb
11.12.2024 - 17:56

Misirli hücumçu Məhəmməd Salah adını “Liverpul” tarixinə yazdırıb.
Apasport.az xəbər verir ki, dünən Çempionlar Liqasının 6-cı turu çərçivəsində keçirilən “Liverpul” - “Jirona”nı 1:0 hesabı ilə məğlub etməyi bacarıb.
Komandasının qələbə qolunu 63-cü dəqiqədə Məhəmməd Salah penaltidən vurub.
Bu qolla misirli forvard “Liverpul” tarixində avrokuboklarda 50 qol vuran ilk futbolçu olub.
Xatırladaq ki, 32 yaşlı oyunçu “mersisaydlılara” 2017-ci ilin yayında “Roma”dan transfer olunmuşdu.
0
0