Salah PSJ-də?
15.03.2023 - 11:06

Məhəmməd Salah PSJ-yə keçməyə yaxındır.
Apasport.az saytı xəbər verir ki, yayda "Liverpul"u tərk etmək istən 30 yaşlı hücumçunun fransızlara müsbət cavab verəcəyi gözlənilir.
Misir millisinin forvardını transfer etməkdə maraqlı olan PSJ-nin isə artıq qarşı tərəfə təkliflər hazırladığı da bildirilir.
Qeyd edək ki, Salahın Mersisayd klubu ilə müqaviləsi 2025-ci ildə bitəcək. Futbolçu bu mövsüm 38 oyunda 22 qol və 11 assistlə yadda qalıb.
0
0