Stiven Cerrard da Səudiyyə Ərəbistanında
12.06.2023 - 22:15

Stiven Cerrardın yeni klubu bəlli olub.
Apasport.az saytının məlumatına görə, ingiltərəli mütəxəssis karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Cerrard “Əl-İttifaq”ın baş məşqçisi təyin olunacaq. 43 yaşlı mütəxəssis atıq müqavilə imzalamaq üçün Asiya ölkəsinə yollanıb.
Cerrardın son iş yeri “Aston Villa” olub. O, 2021-ci ilin oktyabrından 2022-ci ilin oktyabrına qədər bu klubda çalışıb.
Qeyd edək ki, “Əl-İttifaq” ötən mövsüm ölkə çempionatında 7-ci yeri tutub.
0
0