Suaresə iki TƏKLİF
22.12.2022 - 13:03

Uruqvay millisinin futbolçusu Luis Suares iki klubdan təklif alıb.
Apasport.az saytının məlumatına görə, 35 yaşlı hücumçunun xidmətində “Qremio” və “Krus Asul” maraqlıdır.
Braziliya təmsilçisi ona 2 illik müqavilə təklif edib. Suares “Qremio”ya keçsə, klubun ən yüksək ödənişli futbolçusu olacaq.
Meksikalılar da ona 2 illik anlaşma təklifi göndərib. Luis hələ seçim etməyib.
Qeyd edək ki, hücumçunun son klubu DÇ-2022-yə qədər şərəfini qoruduğu Uruqvay “Nasyonal”ı olub.
0
0