Suriya millisi Rusiya ilə yoldaşlıq oyunu keçirəcək
19.10.2024 - 15:49

Suriya millisi Rusiya ilə yoldaşlıq oyunu keçirəcək.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, komandalar gələn ay Volqoqraddakı stadionda üz-üzə gələcək.
Yığmalar arasında hələ rəsmi müqavilə imzalanmasa da, matçın noyabrın 19-da baş tutacağı dəqiqləşib.
Qeyd edək ki, oktyabrda Rusiya millisinin təlim-məşq toplanışı yoldaşlıq oyunları olmadan keçirilib. Rusiya Futbol İttifaqı oyun təşkil edə bilməyib.
0
0