
Türkiyə Futbol Federasiyası “Beşiktaş” – “Makkabi” oyunundakı hərəkətinə görə Qavriel Kanişovskini UEFA-ya şikayət edib.
Apasport.az xəbər verir ki, “Makkabi”nin ilk qolunu vuran Qavriel sevincini qeyd etmək üçün İsrail bayrağını göstərərək hərbi salam verib.
Türkiyə Futbol Federasiyası bu səbəblə futbolçunu və "Makkabi"ni UEFA-ya şikayət edib.
Xatırladaq ki, AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Fransa ilə qarşılaşan (2:0) Türkiyə millisinin futbolçuları qol sevinci zamanı əsgər salamı verdiyi üçün TFF 50000 avro cərimələnmişdi.
Qeyd edək ki, Avropa Liqasının V həftəsində Macarıstanda baş tutan “Beşiktaş” – “Makkabi” görüşü İsrail təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.