“Top-5” liqaların lideri
31.08.2022 - 09:32

“Milan” İtaliya A seriyasının IV turunda səfərdə “Sassuolo” ilə qolsuz bərabərə qalıb.
Apasport.az saytının məlumatına görə, “rossonyerlər” 2022-ci ildə 14-cü dəfə bir matçı qol buraxmadan tərk etməyi bacarıb.
Bu göstəriciyə görə, Stefano Piolinin yetirmələri Avropanın “Top-5” liqasında yer alan klublar arasında liderdir. Onları “Real Sosyedad” (13), “Liverpul” (12), “Tottenhem” və “Mançester Siti” (11) izləyir.
Qeyd edək ki, A seriyasının növbəti turunda “Milan” sentyabrın 3-də “İnter”lə qarşılaşacaq.
0
0