“Tottenhem” müdafiəçi alır
10.07.2023 - 17:49

“Tottenhem” heyətinə yeni müdafiəçi qatmağı planlaşdırır.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Edmond Tapsobanın keçidini həll etmək niyyətindədir.
Londonlular “Bayer”in futbolçusunun transferi üçün danışıqları yaxın günlərdə başlayacaq. 24 yaşlı futbolçu 2020-ci ildən Almaniya təmsilçisində forma geyinir.
Qeyd edək ki, keçidin 30 milyon avroya reallaşacağı gözlənilir.
0
0