“Tottenhem” onunla güclənəcək
20.05.2023 - 14:29

“Tottenhem” heyətini yeni qapıçı ilə gücləndirir.
Apasport.az saytı xəbər verir ki, London klubu “Çelsi”dən Eduard Mendiyə elçi düşüb.
Komanda rəhbərliyi 31 yaşlı qolkiperi Uqo Lorisə layiqli əvəzedici kimi görür.
“Zadəganlar”la 2025-ci ilin yayına kimi müqaviləsi olan Mendinin bu keçiddə maraqlı olduğu bildirilir. Seneqal millisinin də şərəfini qoruyan futbolçu komandanı tərk etməyə hazırlaşır.
Qeyd edək ki, 2020-ci ildən “Çelsi” klubunda çıxış edən futbolçu bu mövsüm 12 matçda meydana çıxaraq qapısından 17 qol buraxıb.
0
0