Türkiyə millisinin heyətində dəyişiklik
12.11.2024 - 09:33

Türkiyə millisinin namizəd heyətində dəyişiklik edilib.
Apasport.az xəbər verir ki, bu barədə TFF açıqlama verib.
"Fənərbaxça"nın təcrübəli müdafiəçisi Çağlar Söyüncü zədəsi səbəbindən heyətdən uzaqlaşdırılıb.
Söyüncü təxminən 1 aya yaxın meydandan uzaq qalacaq.
Qeyd edək ki, milli futbolçu ötən tur "Sivasspor"la matçda zədələnib.
0
0