Türkiyə millisinin sabiq üzvü vəfat edib
05.01.2025 - 23:48

Türkiyə millisinin keçmiş üzvü Yılmaz Urul vəfat edib.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Sabiq qapıçı 82 yaşında həyata gözlərini yumub. O, 1965-ci ildə əsas yığmaya çağırılıb və 4 dəfə "ay-ulduzlu" formanı geyinib.
Qolkiper karyerası ərzində "İstanbulspor", "Fənərbaxça" və "Mersin İdman Yurdu"nun şərəfini qoruyub.
0
0