Türkiyəli La Liqada ayın ən yaxşısı seçilib
24.12.2024 - 10:18

"Real"ın futbolçusu Arda Güler İspaniya La Liqasında U-23 oyunçular arasında dekabr ayının ən yaxşısı seçilib.
Apasport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı türkiyəli yarımmüdafiəçi dekabrda Madrid təmsilçisinin heyətində 5 oyuna çıxaraq 1 qol vurub və 2 qolun ötürməsini edib.
Qeyd edək ki, Arda Güler bu mövsüm "Real"ın heyətində 21 oyuna çıxaraq 1 qol vurub və 3 qolun ötürməsini edib.
0
0