Üç təklif
07.11.2022 - 18:06

“Lill”in futbolçusu Conatan Devid İngiltərədən təkliflər alıb.
Apasport.az saytının məlumatına görə, hücumçu bir neçə klubun transfer siyahısındadır.
“Everton”, “Tottenhem” və “Arsenal” forvardı heyətində görmək istəyir. 22 yaşlı futbolçunun müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Onun transfer qiyməti 45 milyon avro ilə dəyərləndirilir.
Qeyd edək ki, Conatan cari mövsüm 14 oyunda 9 qol və 3 asssitə imza atıb.
0
0