
UEFA Türkiyənin "Fənərbağça", "Trabzonspor" və "Sivasspor" klublarını cəzalandırıb.
Apasport.az xəbər verir ki, Konfrans Liqasının 1/8 finalında "Sivasspor" – "Fyorentina" matçında (1:4, 0:1) ev sahibi komandanın bir azarkeşi meydana daxil olub, rəqib futbolçuya hücum etdiyinə görə "Sivasspor" qarşıdakı avrokubok oyununu azarkeşsiz keçirəcək. Komandanın futbolçusu Hakan Arslan isə UEFA oyunları da daxil olmaqla 3 oyunluq cəzalandırılıb.
"Fənərbağça" 44 min avro cərimələnib və növbəti avrokubok oyununda tribunaların ən az 5 min nəfərlik qismini bağlamalı olacaq. Buna səbəb Avropa Liqasının 1/8 finalının "Sevilya" ilə cavab oyununda (1:0, 0:2) komandanın azarkeşlərinin meydana yad əşyalar atmasıdır.
"Trabzonspor" isə 20 min avro məbləğində cərimələnib.