Ukraynalı futbolçu “Bavariya”nın hədəfində
17.10.2023 - 22:24

Ukraynalı yarımmüdafiəçi Viktor Tsıqankov “Bavariya”nın maraq dairəsinə düşüb.
Apasport.az-ın məlumatına görə, Münhen klublarının skautları onun çıxış etdiyi “Jirona”nın oyunlarını izləyib.
İspan klubu 30 milyon avro qarşılığında Ukrayna yığmasının üzvü ilə ayrılmağa hazırdır. Bu satışdan əldə olunan gəlirin 50 faizi Viktorun əvvəlki klubu Kiyev “Dinamo”sunun hesabına köçürüləcək.
Qeyd edək ki, Tsıqankov bu ilin yanvar ayında 5 milyon avroya transfer olunub. O, “Jirona”nın heyətində 8 oyundan bir qol və bir ötürmə ilə yadda qalıb.
- Avropa çempionu: “Hədəfim qızıl medal idi”
- Ağır atletika üzrə Avropa çempionatından geri çağırılan azərbaycanlı atletlər Ermənistanı tərk etdi - YENİLƏNİB
- Şimanskinin transfer qiyməti rekord səviyyəyə yüksəldi
- Çexiyalı futbolçu: “Qarabağ”ın keyfiyyətini nəzərə alsaq...”
- Dımçenko Azərbaycana gümüş medal qazandırdı
0
0