Uolker Türkiyə nəhənginə təklif olunub
16.01.2025 - 15:29

Kayl Uolkerin durumuna aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, o, mövsümün sonunda "Mançester Siti"dən ayrılacaq.
Futbolçu karyerasını Türkiyədə davam etdirməyə yaxındır. O, "Qalatasaray"a təklif olunub.
Bildirilir ki, müdafiəçinin meneceri "sarı-qırmızılar"la ünsiyyətdə olub.
"Cimbom" isə hələ ki, təklifi dəyərləndirir. "Qalatasaray" Uolkerə 4 milyon avro maaş ödəməyə hazırdır.
Qeyd edək ki, arxa xətt oyunçusu bu mövsüm 18 matçda meydana çıxıb.
0
0