Uqo Lorisə ərəblər üçqat maaş təklifi
18.05.2023 - 12:44

“Tottenhem”in qapıçısı Uqo Lorisə təklif göndərən Asiya klubunun adı bəlli olub.
Apasport.az saytının məlumatına görə, “Əl-Hilal” fransalı qolkiperin xidmətində maraqlıdır.
Səudiyyə Ərəbistanı təmsilçisi Lorisə İngiltərə klubunda aldığı maaşın üç mislini təklif edib. 36 yaşlı əlcək sahibi üçqat artıq qazanmaq variantını nəzərdən keçirir.
Qeyd edək ki, 2012-ci ildən “Tottenhem”də çıxış edən Lorisin müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
0
0