Vergidən yayınan baş məşqçiyə cəza
28.09.2022 - 00:38

“Betis”in baş məşqçisi Manuel Pelleqrini cəzalanıb.
Apasport.az saytının məlumatına görə, mütəxəssis 385 min avro ödəməli olacaq.
Buna səbəb Pelleqrininin vergilərdən bilərək yayınmasıdır. 69 yaşlı çalışdırıcı 2020-ci ilin avqustundan indiki klubuna rəhbərlik edir.
Qeyd edək ki, “Betis” La Liqanın 6 turundan sonra 15 xalla 3-cü pillədə qərarlaşıb.
0
0