Vinisius Junior diskvalifikasiya edilib
08.01.2025 - 09:55

La Liqa təmsilçilərindən “Real”ın futbolçusu Vinisius Juniorun cəzası açıqlanıb.
Apasport.az xəbər verir ki, braziliyalı hücumçu 2 oyunluq diskvalifikasiya edilib.
Buna İspaniya çempionatı çərçivəsində keçirilən “Valensiya” ilə matçda Vinisiusun rəqib qapıçı Dmitrievskini vurduğu üçün qırmızı vərəqə alması səbəb olub.
Qeyd edək ki, “Real” “Valensiya”nı 2:1 hesabıyla məğlub edib.
0
0