Vinisiusa 200 milyonluq vəd
23.10.2023 - 14:42

“Real”ın futbolçusu Vinisius Junior Səudiyyə Ərəbistanı klublarının maraq dairəsindədir.
Apasport.az xəbər verir ki, braziliyalı hücumçunun xidmətində “Əl-Əhli” maraqlıdır.
Asiyalılar onu heyətinə qatmaq istəyir. Səudiyyə Ərəbistan təmsilçisi 23 yaşlı hücumçu üçün illik 200 milyon avro maaş ödəməyə hazırdır.
Qeyd edək ki, futbolçu Madrid “Real”ı ilə müqaviləsinin müddətini artırmaq niyyətindədir.
0
0