“Volfsburq” heyətini yeni futbolçu ilə gücləndirib
08.07.2024 - 22:22

Almaniyanın “Volfsburq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-yaşıllar” Belçikanın “Yunion” klubunun hücumçusu Məhəmmed Amura ilə razılığa gəlib.
24 yaşlı əlcəzairli futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Amura ötən mövsüm Belçika komandasının heyətində 45 oyunda meydana çıxıb və 22 qol vurub. O, Əlcəzair millisində 27 görüş ərzində rəqib qapılarından 6 qol keçirib.
0
0