Yamal La Liqada növbəti rekorda imza atıb
12.02.2024 - 13:59

"Barselona"nın vinqeri Lamin Yamal növbəti rekorda imza atıb.
Apasport.az xəbər verir ki, 16 yaşlı futbolçu ötən gün "Qranada" ilə matçda dubl edib, lakin bu, kataloniyalıların qələbə qazanmasına kömək etməyib (3:3).
Beləliklə, Yamal yenidən rekorda imza atıb - o, tarixdə 17 yaşınadək futbolçular arasında La Liqada 3 qol vuran ilk oyunçu oldu. Əvvəlki rekordçular İker Munyain və Ansu Fati 16 yaşında hərəyə 2 dəfə fərqləniblər.
Qeyd edək ki, Lamin Yamal bu mövsüm bütün turnirlərdə 33 matçda 5 qol vurub və 5 məhsuldar ötürmə edib.
0
0