“Yuventus”da 238 milyon avroluq zərər
28.12.2022 - 10:26

İtaliyanın “Yuventus” klubunun 2021/2022 mövsümü ilə bağlı hesabatı açıqlanıb.
Apasport.az xəbər verir ki, Turin təmsilçisi ötən mövsümü zərərlə başa vurub.
“Yuventus” 1 il ərzində 238 milyon avro ziyana düşüb.
Qeyd edək ki, 2019/20 və 2020/21 mövsümlərində maliyyə hesabatlarında pozuntular aşkarladığından Turin şəhər prokurorluğu İtaliya klubu ilə bağlı cinayət işi qaldırıb. Ardınca komanda prezidenti Andrea Anyelli və İdarə Heyəti istefa verərək, postundan ayrılıb.
0
0