“Yuventus”dan Firmino təklifi
25.07.2022 - 22:38

“Yuventus” Roberto Firminonun transferi üçün “Liverpul”a təklif göndərib.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu 30 yaşlı braziliyalı üçün 20 milyon funt sterlinq ödəmək istəyir.
Firminonun ingiltərəlilərlə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. Bu üzdən mersisaydlıların onu satmağa razılaşması real görünür.
Qeyd edək ki, ötən mövsümdə 35 matça çıxan hücumçu 11 qola imza atıb.
0
0