Ukraynalı atlet dopinq səbəbilə yarışlardan uzaqlaşdırılıb
22.08.2024 - 13:59

Ukraynalı atlet Nataliya Leqonkova yarışlardan uzaqlaşdırılıb.
Apasport.az xəbər verir ki, buna səbəb onun qadağan olunmuş eritropoetin maddəsindən istifadə etməsi olub.
41 yaşlı idmançı ilə bağlı qərar avqustun 21-dən etibarən qüvvəyə minib.
Qeyd edək ki, Natalya Leqonkova karyerası ərzində Polşa, Şotlandiya, Fransa və ABŞ-də baş tutmuş marafon yarışlarında qalib gəlib.
0
0