“Sabah” böyük hesabla məğlub oldu
14.01.2024 - 19:53

Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” bu gün növbəti yoxlama görüşünə çıxıb.
Apasport.az xəbər verir ki, komanda Ukrayna təmsilçisi “Vorskla” ilə qarşılaşıb.
Görüş "bayquşlar"ın məğlubiyyəti ilə nəticələnib. Ukraynalılar 3 cavabsız topla qələbə qazanıb - 3:0.
Qeyd edək ki, “Sabah” ilk yoxlama matçında “Rapid”ə 2:1 hesabı ilə qalib gəlib.
0
0