Sanço "Borussiya" yolunda
02.01.2024 - 22:53

"Mançester Yunayted"in hücumçusu Ceydon Sanço Almaniyaya qayıda bilər.
Apasport.az xəbər verir ki, "qırmızı şeytanlar" Dortmund "Borussiya"sı ilə futbolçunun mövsümün sonuna qədər icarəyə götürülməsiylə bağlı danışıqlar aparır.
Futbolçunun özü 2017-21-ci illərdə çıxış etdiyi komandaya qayıtmağa hazırdır. Transferin ümumi məbləği 3,5 milyon avro təşkil edəcək.
Qeyd edək ki, Sanço ingiltərəlilərin baş məşqçisi Erik ten Haqla münaqişə yaşadığı üçün forma şansı qazanmır.
0
0