Yığmamız FİBA reytinqində gerilədi
01.09.2024 - 12:10

Qadın basketbolçulardan ibarət milli komandaların FİBA reytinqi açıqlanıb.
Apasport.az xəbər verir ki, cədvəldə 116 yığma yer alıb.
Azərbaycan millisi siyahıda 107-cidir. Komandamızın hesabında 43,5 xal var. Yığmamız ötən cədvəllə müqayisədə iki pillə geriləyib. Millimiz Avropada 44-cüdür.
Qeyd edək ki, siyahıya 883,3 xala malik ABŞ başçılıq edir.
0
0