“Fənərbaxça” liderliyini qorudu - VİDEO
15.01.2024 - 01:25

Türkiyə Superliqasında 20-ci turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, "Fənərbaxça" "Qaziantep"in qonağı olub.
Görüş istanbulluların 1:0 hesablı qələbəsi ilə nəticələnib. Yeganə qolu 81-ci dəqiqədə İrfan Kahveci vurub.
Qeyd edək ki, "Fənərbaxça" 53 xalla turnir cədvəlində liderdir.
0
0