Birinci vitse-prezident Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib
07.09.2024 - 21:17

Birinci vitse-prezident Mehriban Əliyeva Paris-2024 Yay Paralimpiya Oyunlarının bürünc mükafatçısı paracüdoçu İlham Zəkiyevlə bağlı sosial şəbəkədə paylaşım edib.
Apasport.az həmin paylaşımı təqdim edir:
“Növbəti qələbəmiz! İlham Zəkiyev “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazandı! Gərgin əməyinə və qələbə əzminə görə paracüdoçumuza təşəkkür edirəm! Milli yığmamızın bütün üzvlərinə yeni qələbələr və nailiyyətlər arzulayıram!"
0
0