Finalın adı: İordaniya - Qətər
07.02.2024 - 21:26

Asiya Kubokunda yarımfinal mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, İordaniyanın finaldakı rəqibinin adına aydınlıq gəlib.
Həlledici görüşə vəsiqə uğrunda matçda İran Qətərlə üz-üzə gəlib. 5 qolun vurulduğu oyunda ərəblər qələbə qazanıb - 3:2. Son qitə çempionları titulu qorumaq üçün İordaniya ilə qarşılaşacaqlar.
Qeyd edək ki, final görüşünə fevralın 10-da saat 19:00-da start veriləcək.
0
0