"Bavariya" uğursuzluq zolağından çıxa bilmir
19.02.2024 - 00:29

Bundesliqada 22-ci turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, "Bavariya" "Bohum"la qarşılaşıb.
Görüş münhenlilərin məğlubiyyəti ilə nəticələnib - 2:3. Bununla da, komanda ardıcıl üçüncü yenilgisini alıb. Son iki matçda Tomas Tuxelin yetirmələri "Bayer"dən 3, "Latsio"dan 1 cavabsız top buraxıb.
Qeyd edək ki, "Bavariya" 50 xalla 2-ci pillədə qərarlaşır. Komanda lider "Bayer"dən 8 xal geri qalır.
0
0