Enderson "Ayaks"ın hədəfində
09.01.2024 - 19:53

Cordan Enderson Səudiyyə Ərəbistanını tərk etmək istəyir.
Apasport.az xəbər verir ki, artıq Avropa klubları futbolçu ilə təmasa keçib.
"Ayaks" "Əl-İttifaq"ın oyunçusu ilə maraqlanır. Amsterdamlılar onun durumunu diqqətlə izləyir. Yarımada təmsilçisi yanvar ayında yarımmüdafiəçisinin gedişinə razı olarsa, niderlandlılar hərəkətə keçməyə hazırdır.
Qeyd edək ki, futbolçunun özünün Premyer Liqaya qayıtmaq istədiyi bildirilir.
0
0