"Mançester Yunayted" Onananı buraxmaq istəmir
02.01.2024 - 23:49

Andre Onana Kamerun millisinə gec qoşula bilər.
Apasport.az xəbər verir ki, "Mançester Yunayted" qapıçısının gedişini təxirə salmaq niyyətindədir.
"Qırmızı şeytanlar” qolkiperin İngiltərə Premyer Liqasının 21-ci turunun “Tottenhem”lə oyununda iştirak etməsini istəyir. Hazırda klub nümayəndələri Kamerun Futbol Federasiyası ilə danışıqlar aparır.
Qeyd edək ki, "Mançester Yunayted" - "Tottenhem" matçı bazar günü, yanvarın 14-də keçiriləcək. Kamerun Afrika Millətlər Kubokunun ilk oyununa isə yanvarın 15-də çıxacaq.
0
0