“Real”dan xal itkisi
18.02.2024 - 20:45

İspaniya çempionatında 25-ci turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, lider "Real" "Rayo Valyekano"nun qonağı olub.
"Kral klubu" Xoselu ilə hesabı açıb. Lakin madridlilər üstünlüyünü qoruya bilməyib. Raul de Tomaş meydan sahiblərinə 1 xal qazandıran qolu vurub - 1:1.
Qeyd edək ki, "Real" 62 xalla liderliyini davam etdirir.
0
0