Superkubokun finalını buraxacaq
12.01.2024 - 19:26

"Barselona"da ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Komandanın hücumçusu Rafinya zədələnib. O, Kral Kubokunun yarımfinalının "Osasuna" ilə görüşündə (2:0) xəsarət alıb. Braziliyalıya omba əzələlərinin zədələnməsi diaqnozu qoyulub.
Qeyd edək ki, Rafinya bu səbəbdən yanvarın 14-də "Real"la keçiriləcək İspaniya Superkubokunun finalını buraxmalı olacaq.
0
0