“Ayın qolu” layihəsində yanvar ayının qalibləri bəlli olub
14.02.2025 - 13:32

“Ayın qolu” layihəsində yanvar ayının qalibləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə PFL məlumat yayıb.
Səsverməyə əsasən, Misli Premyer Liqasında ayın ən yaxşısı "Kəpəz"in futbolçusu Turan Manafovun 19-cu turda "Turan Tovuz"un qapısına vurduğu ilk qol olub. I Liqada isə Emil Qasımov birinci olub.
0
0