Aleksandr-Arnold “Real”la anlaşıb
25.02.2025 - 23:04
Aleksandr-Arnold “Real”la anlaşıb

"Liverpul"da ayrılıq yaşanmağa yaxındır.

Apasport.az xəbər verir ki, Trent Aleksandr-Arnold komandanı tərk etmək üzrədir.

O, "Real"la razılığa gəlib.

Tərəflər arasında ilkin razılaşma 4 illik nəzərdə tutulub.

Müdafiəçi mersisaydlıların təklifini qəbul etməyib. O, karyerasını Madrid klubunda davam etdirmək istəyir.

Qeyd edək ki, Aleksandr-Arnold bu mövsüm 35 oyunda 3 qol vurub, 7 məhsuldar ötürmə verib.