"Beşiktaş"da daha bir ayrılıq
03.02.2025 - 17:15

Super Liqa təmsilçilərindən "Beşiktaş" legioneri ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
İstanbul təmsilçisi Şer Ndurun müqaviləsinə xitam verib.
2024-cü ilin avqustunda icarə əsasında PSJ-dən Türkiyə klubuna qoşulan Ndur bu mövsüm çıxdığı 22 matçda 1 qol, 2 asistlə yadda qalıb.
0
0