"Çelsi" 3 futbolçu ilə maraqlanır
21.02.2025 - 11:41
"Çelsi" 3 futbolçu ilə maraqlanır

"Çelsi"dən transfer planı

Premyer Liqa təmsilçilərindən “Çelsi” komandanın hücum xəttini gücləndirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, londolular 3 futbolçu ilə yaxından maraqlanırlar.

Qyökereş "Çelsi" yolunda

Bunlar Viktor Qyökereş, Benjamin Şesko və Liam Delapdı.

Əsas namizəd “Sportinq”in formasını geyinən Qyökereşdir. Artıq tərəflər arasında danışıqlara start verilib.

Qyökereşin keçidi alınmasa, onda ingilislər “Leyptsiq”dən Şeşkonu və ya “İpsviç”dən Delapı transfer etməyə çalışacaqlar.