
“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo UEFA Avropa Liqasının pley-off mərhələsində keçirilən "Anderlext"lə (2:2 ) oyundan sonra mətbuat konfransında iştirak edib.
Apasport.az xəbər verir ki, mütəxəssis "Qalatasaray" derbisi ilə bağlı sualı belə cavablandırıb:
“Belə oyunlarda mühüm olan mərhələ adlamaqdır. Bərabərlikdən sonra artıq oyun bitmişdi. Hava soyuq, meydança pis idi. İndi istirahət etməliyik. Otelə gedib, dönərimi yeyib serialıma baxacam. Bundan sonra derbi haqda düşünməyə başlayacağam”.
Qeyd edək ki, Türkiyə Super Liqasının XXV turunda keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" derbisi fevralın 24-ü Bakı vaxtilə saat 21:00-da start götürəcək.