Ermənistan futbolunda böhran: Fanatlar stadiona girdi - VİDEO
01.11.2024 - 20:44

İrəvanda azarkeşlər Ermənistan Futbol Federasiyasının rəhbərliyini istefaya səsləyib.
Apasport.az xəbər verir ki, fanatlar "Nuh" - "Urartu" matçında futbol qurumuna qarşı şüarlar səsləndiriblər.
"Şirak" fanatlarının başlatdığı aksiya növbəti dəfə davam edib. Nəticədə oyun yarımçıq dayandırılıb.
Azarkeşlər hazırki rəhbərliklə ölkə futbolunun böhrana sürükləndiyini düşünürlər.
0
0