Ranyeri Dibalanın son durumunu açıqlayıb
17.02.2025 - 13:57
Ranyeri Dibalanın son durumunu açıqlayıb

“Roma”nın çalışdırıcısı Klaudio Ranyeri zədəli argentinalı hücumçu Paulo Dibalanın durumundan danışıb.

Dibalanın zədə durumu

Apasport.az xəbər verir ki, italiyalı mütəxəssis, Dibalanın yaxşı olduğunu söyləyib:

“Dibala yaxşıdır. O, növbəti matçda oynamalıdır. Son görüşdə onu meydana çıxararaq risk etmək istəmədim. O, dizindən zərbə alıb, amma ciddi zədəsi yoxdur”.

"Roma"nın son nəticəsi

“Roma” son turda səfərdə “Parma”nı 1:0 hesabı ilə məğlub edib.

Dibalanın 2024 mövsümündəki statistikası

31 yaşlı Dibala bu mövsüm İtaliya çempionatında 21 matçda iştirak edib, 6 qol vurub və 2 məhsuldar ötürmə verib.