
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 1 sentyabr 2023-31 avqust 2024-cü il tarixləri əsasında dünyanın ən yaxşı komandalarını açıqlayıb.
Apasport.az xəbər verir ki, Türkiyə klublarından yalnız biri siyahının ilk 25-liyində yer alıb.
İstanbul nəhənglərindən "Fənərbaxça" 25-ci pillədə qərarlaşıb. "Qalatasaray" 57-ci, "Beşiktaş" isə 105-ci sıradadır.
Qeyd edək ki, siyahıya "Real Madrid" başçılıq edir. "Mançester Siti" ikinci, "Bayer Leverkuzen" isə üçüncü pillədə qərarlaşıb.
Türkiyə komandalarının yerini təqdim edirik:
25. "Fənərbaxça"
57. "Qalatasaray"
105. "Beşiktaş"
119. "Trabzonspor"
138. "Başakşehir"