"Qalatasaray"la derbi öncəsi "Fənərbaxça"da 4 itki
24.02.2025 - 11:54
"Qalatasaray"la derbi öncəsi "Fənərbaxça"da 4 itki

Türkiyə Super Liqasının XXV turu çərçivəsində "Fənərbaxça" səfərdə əzəli rəqibi "Qalatasaray"ın qonağı olacaq. 

Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər" İstanbul derbisinə ciddi itkilərlə çıxacaq. 

"Fənərbaxça" "Qalatasaray"la derbiyə 4 itki ilə çıxacaq

Belə ki, "Fənərbaxça"nın 3-ü müdafiəçi olmaqla 4 oyunçusu zədəlidir. Yeni transfer Dieqo Karlos, Ceydon Ostervolde, Rodriqo Bekao və İsmail Yüksek "Qalatasaray"la matçı buraxacaq. 

"Qalatasaray" - "Fənərbaxça" derbisi saat neçədədir?

Qeyd edək ki, "Qalatasaray" - "Fənərbaxça" derbisi bu gün Bakı vaxtilə saat 21:00-da start götürəcək. 

"Qalatasaray" - "Fənərbaxça" derbisi hansı kanalda yayımlanacaq?

İstanbul derbisi "beİN Sports 1" kanalında canlı yayımlanacaq.