UEFA Mourinyonu cəzalandırıb
29.01.2025 - 09:08

UEFA "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.
Apasport.az xəbər verir ki, buna portuqaliyalı mütəxəssisin UEFA Avropa Liqasının əsas mərhələsinin VII turunda keçirilən "Fənərbaxça" - "Lion" matçının ikinci yarısında futbolçuları meydana gec çıxarması səbəb olub.
Matçın vaxtında başlamasına mane olduğu əsas gətirilərək Mourinyo ən az bir oyunluq cəzalandırılıb.
O, UEFA Avropa Liqasında "Midtyullan"-"Fənərbaxça" matçını tribunadan izləyəcək.
Qeyd edək ki, "Midtyullan"-"Fənərbaxça" qarşılaşması 30 yanvar saat 00:00-da start götürəcək.
0
0